AB Suriyaya neft daşıyan gəmini saxladı

Panama bayrağı altında üzən “Grace 1” neft tankeri Suriyaya neft tədarükü şübhəsi ilə saxlanılıb. ONN media xəbər verir ki, gəmi Cəbbalütariq sahillərində saxlanılıb. Gəminin Suriyanın Tartus limanına “Baniyas” neft emalı zavoduna neft çatdırmaq üçün getdiyi bildirilib. Cəbbalütariq rəsmiləri gəminin AB-nin Suriyaya qarşı sanksiyalarını pozduğunu bəyan ediblər.