Başbuğ S-400 barədə elə sözlər söylədi ki...

Mübahisəsiz olaraq, S-400 sistemi "Patriot" müdafiə sistemindən qat-qat üstündür. Dünyada ən aktiv uzunmənzilli havadan müdafiə sistemi S-400-dür. ONN media xəbər verir ki, bu sözləri Türkiyə Baş Qərargahının keçmiş rəhbəri İlkər Başbuğ deyib. "S-400 600 kilometrdən hədəfi müəyyən edir, 400 kilometrə qədər yaxınlaşanda məhv edir. S-400-ü təsirsiz hala gətirən bir sistem yoxdur. Bu, təsirli bir sistemdir, milçək belə uça bilməz", - Başbuğ qeyd edib. axar.az