İlham Əliyev daha bir xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev teatr və kino aktyoru, xalq artisti Məmmədsəfa Qasımova mənzil hədiyyə edib. Bu barədə ONN media-ya M.Qasımov özü məlumat verib. O bildirib ki, mənzilin açarları bu gün təqdim olunacaq: "Prezident İlham Əliyevə təşəkkür edirəm. Dövlət başçısı mənə çox böyük diqqət göstərib. Artıq mənzilin sənədlərini götürmüşəm. Bu gün gedib evimə baxacam".