FETÖ məktəbləri Türkiyənin balansına keçdi

Fətullahçı Terror Təşkilatının (FETÖ) Əfqanıstandakı daha 5 məktəbi Türkiyə Milli Təhsil Nazirliyinin balansına verilib.
ONN media xəbər verir ki, bununla da Əfqanıstandakı bütün FETÖ məktəblərinin təhvil-təslim işləri başa çatıb.
Qeyd edək ki, hazırda xarici ölkələrdəki bu məktəblərin fəaliyyəti Türkiyənin Maarif Vəqfi tərəfindən tənzimlənir.