Sərnişin təyyarəsində yanğın - Layner təcili eniş etdi

Sərnişin təyyarəsində yanğın - Layner təcili eniş etdi

Nyu-York-London reysi üzrə uçan sərnişin təyyarəsi təcili eniş edib. ONN media BBC-yə istinadən xəbər verir ki, göyərtəsində 217 sərnişinin olduğu “Virgin Atlantic” hava yollarına məxsus layner Boston limanına enib. Şirkətin açıqlamasına görə, təcili enişə göyərtədəki yanğın səbəb olub. Dərhal sərnişinlər təxliyə edilib. Ölən və yaralanan olmayıb. Yanğına sərnişinə məxsus kiçik cihazın səbəb olduğu güman edilir.

Geri qayıt