Bakıda qadına hücum edildi

Bakıda qadına hücum olub. ONN media xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, A.Mustafayev küçəsi, ev 31-in qarşısında baş verib. Qubadova Arzu Kərimqızı yaşadığı ünvanın qarşısında naməlum şəxsin hücumuna məruz qalıb. Qadına hücum edən naməlum şəxs dəyəri 340 manat olan sırğanı qulağından qopararaq qaçıb. Keçirilən əməliyyat-axarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin əvvəllər dəfələrlə məhkum olunmuş Tərtər rayon sakini, 1986-cı il təvəllüdlü Musayev Sadiq Ramiz oğlu olduğu müəyyən edilib və o, tutularaq Nəsimi rayon Polis İdarəsinə təhvil verilib.
Faktla bağlı cinayət işi başlanıb.