Bu tarixlərdə geomaqnit qasırğası olacaq

Bu tarixlərdə geomaqnit qasırğası olacaq

Ötən gün ölkə ərazisində Günəş fəallığı çox aşağı səviyyə təşkil edib. ONN media xəbər verir ki, Günəş diski ləkəsiz olub. Bundan başqa, 2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində normal səviyyədə olub. 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalıb. Hesabat dövründə Günəş küləyi parametrlərində sakit rejimə uyğun qiymətlər müşahidə olunub. Günəş küləyinin sürəti 300 - 325 km/san intervalında olub. Ümumi maqnit sahəsi 1-5 nT intervalında olub. Məlumata görə, geomaqnit sahə, son 24 saat ərzində ümumən çox sakit olsa da, fasilələrdə kiçik həyəcanlaşmalar qeydə alınıb. Növbəti bir neçə gün üçün (09 - 11 iyul) Günəş fəallığının çox aşağı səviyyədə qalacağı proqnozlaşdırılır. Günəş küləyi parametrlərinin isə güclənəcəyi proqnozlaşdırılır. Proqnoz dövründə (09 - 11 iyul) geomaqnit sahədə ümumi sakitlik proqnozlaşdırılsa da fasilələrlə həyəcanlaşmaların yaranacağı istisna edilmir. Maqnit qasırğasının yaranması ehtimalı 9 iyulda 10%-dən, 10 iyulda 15%-dən, 11 iyulda isə yenidən 10%-dən aşağı qiymətləndirilir.

Geri qayıt