Quliyev şöbə müdirini işdən azad etdi

Quliyev şöbə müdirini işdən azad etdi

Müdafiə Sənayesi Nazirliyində (MSN) kadr növbəti dəyişikliyi olub. ONN media xəbər verir ki, nazir Mədət Quliyevin əmri ilə nazirliyin Beynəlxalq hərbi-texniki əməkdaşlıq şöbəsinin müdiri Rəmzi Şükürov vəzifəsindən azad edilib. Qeyd edək ki, Rəmzi Şükürov bu vəzifəyə bir neçə il öncə sabiq nazir Yavər Camalovun dövründə təyin olunmuşdu.

Geri qayıt