Trampla Sani razılaşdı: Hədəf nədir?

Qətər ABŞ-dan 5 ədəd "Boinq 777 Frayters" və "Patriot" raket sistemləri alacaq. ONN media xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampla Qətər əmiri Təmim bin Həməd əs-Sani arasında 5 müqavilə imzalanıb. Oval ofisdə keçirilən görüşdə iki ölkə iqtisadi və hərbi əməkdaşlığı artırmaq barədə razılaşıb. Tramp qeyd edib ki, Sani gerçək bir liderdir və ölkələr arasında münasibətlər çox yaxşı səviyyədədir.