İŞİD yeni yayımladığı videoda bu ölkələri TƏHDİD ETDİ

Özünü ''İraq və Şam İslam Dövləti'' (İŞİD) adlandıran terror təşkilatı "Türkiyə Vilayəti" adlandırdığı xüsusi yerdən təhdid videosu yayıb. ONN media Türkiyə mətbuatına istinadən xəbər verir ki, İŞİD-in 5 üzvü öz liderlərinə bağlılıqlarını təzələdiklərini deyərək ABŞ və Türkiyəni hədələyiblər. 5 dəqiqə 2 saniyə uzunluğundakı videoda bir neçə terroristin türkcə danışması diqqət çəkib. Mütəxəssislər İŞİD-in bu həmləsini "qruplaşmanın ümidsiz halları" kimi dəyərləndiriblər. Onların sözlərinə görə, qruplaşma bu kimi videolarla yenidən terrorist qazanmağa cəht edir.