Geomaqnit qasırğanın səviyyəsi ilə bağlı rəsədxanadan AÇIQLAMA

Ötən gün ölkə ərazisində Günəş fəallığı çox aşağı səviyyə təşkil edib. ONN media bildirir ki, Günəş diski ləkəsiz olub. Bundan başqa, 2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində normal səviyyədə olub. 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalıb. Hesabat dövründə Günəş küləyi parametrlərində güclənmə müşahidə olunub. Məlumata görə, geomaqnit sahə, son 24 saat ərzində ümumən sakit olub.
Günəş küləyi parametrlərinin hazırki rejimin qalacağı proqnozlaşdırılır. 13 iyul tarixində isə Günəş küləyinin sakit rejimə geri dönəcəyi gözlənilir.