Əli Əhmədov ABŞ-a getdi

Əli Əhmədov ABŞ-a getdi

Baş Nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov ABŞ-a işgüzar səfərə edib. ONN media xəbər verir ki, səfərdə məqsəd iyulun 15-də Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üzrə hesabatı BMT-yə təqdim etməkdir. Konfrans BMT-nin Nyu York şəhərində yerləşən Baş Qərargahında keçiriləcək. Bu, Azərbaycanın təqdim edəcəyi sayca ikinci hesabatdır.

Geri qayıt