Daşqınlar 21 rayonu su altında qoydu: 800 min insan...

Hindistanda leysan yağışlar ölkəni cənginə alıb. ONN media xəbər verir ki, ötən həftədən etibarən başlayan şiddətli yağışların yaratdığı sel nəticəsində Assam ştatında 6 nəfər həlak olub. Ştatın 21 rayonu su altında qalıb. 800 mindən çox sakin daşqın zonasında qalıb, 7 mindən çox sakin təxliyə olunub.