“Facebook”u 5 milyard dollar məbləğində cərimələdilər - Texnologiya tarixinə DÜŞDÜ

ABŞ Federal Ticarət Komissiyası “Facebook”u 5 milyard dollar məbləğində cərimələyib. ONN media xəbər verir ki, buna səbəb sosial şəbəkə nəhəginin 87 milyon seçicinin şəxsi məluatlarını şirkətlərə ötürməsidir. Hökmün yerinə yetirilməsi üçün ABŞ-ın Ədliyyə Nazirliyinin icazəsi gözlənilir. Kəsilən cəzaya görə, “Facebook”dan hər hansı bir açıqlama verilməyib. Bununla da “Facebook” 2012-ci ildə 22 milyon dollar məbləğində cərimələnən “Google”u geridə qoyaraq, ən böyük məbləğdə cərimələnən texnologiya şirkəti ünvanına sahib olub. Qeyd edək ki, "Facebook" seçicilərin məlumatlarını "Kembric Analytica" adlı şirkətlə bölüşərək 2016-cı ildə ABŞ-da keçirilən seçkilərdə saxtakarlıq etməkdə ittiham edilir.