Haftarın ordusu paytaxta yeni hücuma hazırlaşır

Marşal Xəlifə Haftarın rəhbərlik etdiyi Liviya Milli Ordusu paytaxt Tripoli uğrunda döyüşlərin yeni mərhələsinə başlanılacağını açıqlayıb. ONN media xəbər verir ki, bu barədə Liviya Milli Ordusunun 73-cü ön xətt briqadasının rəhbəri Saleh Buxalika danışıb. Məlumata görə, hücumun əsas məqsədi əş-Şühəda meydanını ələ keçirməkdir.