Azərbaycanlı şagird İsraildə keçirilən Beynəlxalq Fizika Olimpiadasında bürünc medal qazandı

İyulun 7-14-də İsrailin Təl-Əviv şəhərində 50-ci Beynəlxalq Fizika Olimpiadası keçirilib. ONN media xəbər verir ki, azərbaycanlı məktəblilərin də iştirak etdiyi olimpiadaya 80 ölkədən təxminən 400 şagird qatılıb. Cəlilabad şəhəri Nizami adına 1 nömrəli məktəb-liseyin XI sinif şagirdi Merac Məmmədov olimpiadanın bürünc medalına layiq görülüb.