7,3 bal gücündə zəlzələ olub

İndoneziyada 7,3 bal gücündə zəlzələ baş verib. ONN media xəbər verir ki, yeraltı təkanların episentri Sofifi yaşayış məntəqəsindən 152 kilometr cənub-şərqdə, yerin 10 kilometr dərinliyində yerləşib. Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur. Bölgəyə çox sayda xilasedici cəlb edilib. Qeyd edəki, son 2 həftə ərzində İndoneziyada gücü 7 baldan çox 3 zəlzələ baş verib