Bu şəxslər Həcc ziyarətinə pulsuz gedəcək

Səudiyyə Ərəbistanı Yeni Zelandiyanın Kraystçerç şəhərində 15 mart tarixində baş verən məscidlərə silahlı hücum zamanı həlak olan müsəlmanların yaxınlarına və yaralılara jest edib. ONN media xəbər verir ki, həmin şəxslər “Xədmül Hərəmi Şərifin qonaqları” kimi Həcc ziyarətində gedə biləcək. Kral Salman ibn Əbdüləziz 200 nəfərin Həcc ziyarətini pulsuz yerinə yetirmək üçün fərman imzalayıb. Fərmanın Səudiyyə Ərəbistanın terrorla mübarizə və bu növ hücumlara məruz qalanların ailələrinin dərdinə şərik olmaq məqsədilə atılan addımlar çərçivəsində imzalandığı qeyd olunub. Qeyd edək ki, “Nur” və “Linvud” məscidlərinə terrorçu Brenton Tarrant tərəfindən təşkil olunan silahlı hücum zamanı 51 nəfər ölmüş, 49 nəfər yaralanmışdı. Xatırladaq ki, Səudiyyə Ərəbistanı Həcc Nazirliyi ötən il Ümrə ziyarətinə 2 milyon 371 min 675 nəfərin gəldiyini açıqlayıb.