43 yaşlı kişiyə borca görə 4 bıçaq vurdular - Bakıda

Bakıda pul borcu üstündə bıçaqlanma olub. ONN media xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib. Sumqayıt şəhər sakini, 1979-cu il təvəllüdlü Abdulov Elşad İsgəndər oğlu tanışı, 1976-cı il təvəllüdlü Əsgərov Ramil Nəsib oğluna borc verdiyi 400 manatı ala bilmədiyi üçün mübahisə edib. Mübahisə nəticəsində E.Abdulov R.Əsgərova 4 bıçaq zərbəsi endirib. R.Əsgərov xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanıb və E.Abdulov şübhəli şəxs qismində tutulub.