Dövlət Əmək Müfəttişliyi Xidmətində yeni təyinat

Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsinə müvəqqəti təyinat olub.
ONN media xəbər verir ki, xidmət rəisi vəzifəsinin icrası müvəqqəti olaraq qurumun rəis müavini Fuad Heydərova tapşırılıb.
Qeyd edək ki, bir neçə gün bundan əvvəl Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Elman Cəfərov vəzifəsindən azad edilib. O, yeni işə keçməsi ilə əlaqədar olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsindən öz ərizəsi əsasında ayrılıb.