Ermənistanda iqtişaş- Ara qarışır

Ermənistanın İcevan şəhərində etirazçıların polislə toqquşmasından sonra 13 nəfər saxlanılıb.
ONN media xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsinin mətbuat katibi Naira Arutyunyan bildirib.
Onun sözlərinə görə, daha altı nəfərə qarşı başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Qeyd edək ki, hadisə ilə bağlı polis əməkdaşlarına qarşı zorakılığın tətbiq edilməsi və xuliqanlıq faktı üzrə cinayət işi qaldırılmışdı.
Xatırladaq ki, iyulun 17-də taxta sexi işçilərindən ibarət qrup İcevandan Gürücüstana gedən dövlət əhəmiyyətli yolu bağlamışdı.
Nümayişçilər daha əvvəl olduğu kimi, onlara meşədə ağac kəsməyə icazə verilməsini tələb ediblər. Polis etirazçıları yoldan sıxışdırmağa çalışsa da, nümayişçilər hüquq-mühafizə əməkdaşlarına daş atmağa başlayıb.