Çində zovodda partlayış nəticəsində 10 nəfər ölüb

Cümə günü Çinin mərkəzi Henan əyalətində qaz emalı zavodunda baş vermiş partlayış nəticəsində 10 nəfər ölüb, 19 nəfər xəsarət alıb, daha 5 nəfər itkin düşmüş hesab olunur. ONN media xəbər verir ki, bu barədə Çin Mərkəzi televiziyası məlumat yayıb. Partlayış cümə gün Bakı vaxtı ilə saat 18:50-də Sanmensya şəhər dairəsinin İma qəzasında yerləşən zavodda olub. İlkin məlumatlara görə, partlayış və yanğın zavodun havaayırıcı qurğularından birində baş verib. Əraziyə xilasedicilər, yanğınsöndürənlər və həkimlər cəlb olunub.