Ərbildə türk diplomatı şəhid edən terrorçu tutuldu

İraqın Ərbil şəhərində türk diplomatı şəhid edən Məzlum Dağ adlı terrorçu həbs edilib. ONN media xəbər verir ki, terrorçu Şimali İraqda saxlanılıb. “Anadolu” agentliyi isə terror aktını həyata keçirən 4 terrorçunun hamısının Ərbil polisi tərəfindən həbs edildiyinə dair məlumat yayıb. Qeyd edək ki, iyulun 17-də İraqın Ərbil şəhərində restorana silahlı hücum nəticəsində Türkiyənin bu şəhərdəki konsulluğunun diplomatı və daha 2 əməkdaşı ölüb.