Ermənilər Rusiyaya niyə qaçır?

Ermənilər Rusiyaya niyə qaçır?

ONN media xəbər verir ki, Rusiyada miqrantların sayı artıb.

Qaydar İnstitutunun monitorinqinin nəticəsi belə deməyə əsas verir.

Belə ki, 2019-cu ilin yanvar-aprel ayları üzrə miqrasiya axınının göstəricisi son 10 ildə təsbit edilmiş göstəriciləri üstələyib. Bununla yanaşı, əmək bazarında leqallaşdırılmış miqrantların sayı azalıb.

Cari ilin ilk dörd ayında Rusiyaya rəsmi olaraq 98 min nəfər gəlib. Müqayisə üçün, 2018-ci ilin eyni dövründə bu rəqəm 57,1 min idi.

Ən çox miqrant isə Ermənistan və Ukraynadan gedib, Belarus və Moldovadan gedənlərin sayı isə azalıb.

Geri qayıt