Daha bir sexdən iyrənc görüntülər

Daha bir sexdən iyrənc görüntülər

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Gəncə şəhərində fəaliyyət göstərən alkoqolsuz içkilərin istehsalı sexinə baxış keçirilib.

Qurumdan ONN media-ya bildirilib ki, baxış zamanı fiziki şəxs Azad Mirzə oğlu Aslanova məxsus “Əmirvar” əmtəə nişanlı alkoqolsuz içkilərin istehsalı sexində texniki reqlamentlərin və qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərin pozulduğu aşkarlanıb.

Sexdə məhsul istehsalında mənşəyi məlum olmayan xammallardan istifadə edildiyi, hazır məhsulların analizlərinin aparılmadığı, istehsal prosesində istifadə olunan suyun müvafiq filtrdən keçirilmədiyi, şüşə butulkaların texnoloji prosesə, sanitar norma və qaydalara uyğun olmayan şəkildə yuyulduğu, məhsul istehsalında istifadə olunan xammalın və köməkçi materialların düzgün şəraitdə saxlanılmadığı müəyyən edilib.

Geri qayıt