Ağsuda güclü yanğın başlayıb

Ağsuda güclü yanğın başlayıb

Ağsu rayonunda güclü yanğın başlayıb.

ONN media xəbər verir ki, hadisə rayonun Keçdiməz kəndinin dağlıq ərazisində baş verib. Quru ot sahəsində başlayan yanğın qısa müddətdə ətrafa yayılıb.

Hadisə yerinə Ağsu və Şamaxı rayonlarından yanğın-mühafizə xidmətinin canlı qüvvə və texnikaları cəlb edilib.

Geri qayıt