Təcili yardım briqadaları hadisə yerində

Təcili yardım briqadaları hadisə yerində

Bu gün Bakıda, Xəzər rayonunun Zirə qəsəbəsində (Qala yolu) qatar taksi ilə toqquşub.

ONN media xəbər verir ki, qəza nəticəsində taksidə olan 5 sərnişin yaralanıb. İlkin ehtimala görə, taksi sürücüsü qatarın gəldiyini görməyib.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov bildirib ki, hadisə ilə bağlı təcili yardıma 12:44-də çağırış olub.

Hadisə yerinə 5 təcili yardım briqadası cəlb olunub.

Yaralıların vəziyyəti ağırdır.

Geri qayıt