İstilər 11 can aldı

Yaponiyada kəskin istilərlə əlaqədar 11 nəfər ölüb, daha 5,6 min nəfər xəstəxanaya yerləşdirilib.
ONN media xəbər verir ki, ən çox zərərçəkən Tokioda qeydə alınıb. Paytaxda 121 nəfər istivurma ilə xəstəxanalara çatdırılıb.
Qeyd olunur ki, ölkənin bəzi prefekturalarında temperatur 37 dərəcəyədək yüksəlib.
Sinoptiklərin proqnozlarına əsasən, yüksək temperatur daha bir neçə gün davam edəcək.