İranın hərbi gəmiləri Bakıya gəldi

İranın hərbi gəmiləri Bakıya gəldi

İran Hərbi Dəniz Qüvvələrinin “Peykan” və “Cövşən” raket katerləri iyulun 30-da Bakıya gəliblər. ONN media Müdafiə Nazirliyinin Mətbuat xidmətiə istinadən xəbər verir ki, səfərdə məqsəd Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək “Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində baş tutacaq “Dəniz Kuboku” müsabiqəsində iştirak etməkdir. Qeyd edək ki, “Beynəlxalq Ordu Oyunları-2019” avqustun 3-dən 17-dək keçiriləcək.

Geri qayıt