Bu şəxslərə 10 min manat veriləcək -SƏRƏNCAM
Prezident İlham Əliyev Bakı şəhərində keçirilən Avropa Gənclər Olimpiya Festivalında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir: 1. Bakı şəhərində keçirilən Avropa Gənclər Olimpiya Festivalında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri aşağıdakı məbləğdə mükafatlandırılsınlar: 1.1. birinci yeri tutan hər bir idmançı - 10 000 manat, onun şəxsi məşqçisi - 5000 manat; 1.2. ikinci yeri tutan hər bir idmançı - 7000 manat, onun şəxsi məşqçisi - 3500 manat; 1.3. üçüncü yeri tutan hər bir idmançı - 5000 manat, onun şəxsi məşqçisi - 2500 manat; 1.4. komandanın baş məşqçisi - idman növü üzrə ən yüksək nəticə göstərmiş idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə). 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
