Təyyarə işıq dirəyi ilə toqquşdu

Avstraliyanın Pert şəhərində təyyarə hava limanında işıq dirəyi ilə toqquşub. ONN media bildirir ki, hadisə təyyarə yerdə hərəkət edərkən baş verib. İnsident zamanı təyyarədə 62 sərnişin və 4 heyət üzvü olub. Xəsarət alanların olmadığı deyilir. Hava limanından təyyarənin burun hissəsinin ziyan gördüyü deyilir. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.