Hərbi parada hücum oldu- Ölənlər var

Yəmənin Ədən şəhərində keçirilən parada hücum nəticəsində 32 nəfər ölüb, polis əməkdaşları yaralanıb.
ONN media xəbər verir ki, hadisə partlayıcı qurğu quraşdırılmış avtomobillə törədilib.
Hücum yerli polis məntəqəsinə, hərbi heyətin məzuniyyət paradı zamanı edilib.
Partlayış ətrafdakı binalara da ziyan vurub.