Ana olmaq üçün əlil arabasında gəzir

Ana olmaq üçün əlil arabasında gəzir

Üç dəfə bətnində körpəsini itirən türkiyəli müğənni-aparıcı Seren Serengil ana olmağa hazırlaşır. ONN media xəbər verir ki, sünii mayalanma yolu ilə dördüncü dəfə hamilə qalan sənətçi özünü və körpəsini qorumaq məqsədilə 1,5 ay müddətində əlil arabasından istifadə edəcək. Həkimi Serengilə stressdən uzaq olmağı və dincəlməyi məsləhət görüb. Qeyd olunur ki, buna görə də o, Cengiz Semercioğlu ilə aparıcılığını etməyi planlaşdırdığı televiziya verilişini müvəqqəti olaraq təxriə salıb. Qeyd edək ki, S. Serengil müğənni Yaşar İpəklə ailəlidir.

Geri qayıt