Bu yoldan keçərkən diqqətli olun...

Bu yoldan keçərkən diqqətli olun...


Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə 02-03 avqust tarixlərində axşam saat 22 00-dan Bakı şəhəri, Yasamal rayonu Şərifzadə küçəsində üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.
Bu barədə ONN media -ya “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən məlumat verilib. Agentlik bu səbəbdən sürücülərdən sözügedən küçədə hərəkətdə olarkən diqqətli olmalarını, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edir.
Geri qayıt