Moskvada dəhşətli yanğın: 67 yanğınsöndürən...

Moskvanın mərkəzindəki Zamoskvoreç rayonunda 1917-ci ildə tikilmiş bina yanıb.
ONN media xəbər verir ki, bu məlumatı TASS yayıb.
Məlumata görə, binanın 5000 kvadrat metr sahəsi yanıb. Yanğının baş verdiyi əraziyə 67 yanğınsöndürən, 24 xüsusi texnika və iki vertolyot cəlb edilib. Baş verən yanğın nəticəsində binada dağıntılar başlayıb.