DYP- Ciddi əməl edin!

DYP- Ciddi əməl edin!

Baş Dövlət Yol Polisi İdarəsi hava şəraitinin küləkli olması ilə bağlı bütün hərəkət iştirakçılarına müraciət edib.

ONN media xəbər verir ki, müraciətdə Bakı şəhəri və respublikanın digər ərazilərində hazırda müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar bütün hərəkət iştirakçılarına ehtiyatlı olmaq tövsiyə edilib.

Bildirilir ki, sürücülər nəqliyyat vasitələrinin hündür binaların yaxınlığında, balkonların altında saxlamasınlar:

“Belə ki, binanın fasadından düşən parçalar nəqliyyat vasitələrinə, sürücü və sərnişinlərə xəsarət yetirə, əmlaka ziyan vura bilər. Həmçinin, hündür və aşmağa meyilli ağacların ətrafında da avtomobili park etmək təhlükəlidir. Piyadalardan və sərnişinlərdən xahiş edirik ki, küçə və yollarda hərəkət edərkən son dərəcə diqqətli olsun, binaların yaxınlığında hərəkət edərkən mümkün qədər təhlükəsiz yerləri seçsinlər.

Geri qayıt