Polis itkin düşmüş irlandiyalı turisti axtarır

Malayziya polisi itkin düşmüş 15 yaşlı irlandiyalı turisti axtarır. ONN media bildirir ki, gənc qız bazar günü səhər saatlarında hoteldən çıxıb və bir daha geri dönməyib. Məlumata görə, o, valideynləri ilə Seremban şəhərində hotellərin birində qalırmış. Hazırda polis gənc qızın axtarışlarını davam etdirir.