Azərbaycanda oğlan uşaqlarının sayı artır

"Doğulan uşaqlar arasında cins nisbəti, yəni hər 100 qıza düşən oğlanların sayı, bioloji normaya uyğun olaraq 102-106 təşkil edir. Buna baxmayaraq, 1990-cı illərin əvvəllərindən başlayaraq ölkədə diri doğulanların cins strukturunda oğlan uşaqlarının artımı müşahidə olunur".
ONN media xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmisi Natiq Əlizadə cins seçimi ilə mübarizə mövzusuna həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, hazırda Azərbaycanda hər 100 doğulan qıza 114 oğlan düşür.