AZAL-ın təyyarəsində 20-yə yaxın Ayfon tapıldı

“Azərbaycan Hava Yolları” (AZAL) şirkətinə məxsus təyyarənin ekipaj üzvləri Heydər Əliyev Beynəlxalq Aeroportunda uçuş öncəsi yoxlanış zamanı təyyarənin tualetində 20-ə yaxın Ayfon markalı mobil telefon tapıblar. ONN media xəbər verir ki, bu barədə Trend-ə AZAL prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski deyib. Onun sözlərinə görə, hazırda AZAL və Dövlət Gömrük Komitəsinin əməkdaşları faktla bağlı birgə araşdırma aparır.