Kabildə partlayış- 100 yaralı

Əfqanıstanın paytaxtı Kabil şəhərində terakt törədilib. ONN media xəbər verir ki, avtomobilə quraşdırılmış partlayıcı qurğunun işə düşməsi nəticəsində partlayış olub. “Tolo Nyus” nəşri partlayış nəticəsində 6 nəfərin həlak olduğunu, 5 nəfərin yaralandığını yazıb. Bir sıra mənbələrdə isə ölənlərin sayının 18, yaralıların sayının isə 100 nəfər olduğu bildirib.