"İnstagram" işində problem yarandı

İnstaqram sosial şəbəkəsinin işində problem yaranıb. ONN media xəbər verir ki, bu barədə “Downdetector” saytı xəbər verib. Şikayətlərin çoxu ABŞ-ın şərq sahillərində yaşayan istifadəçilər tərəfindən daxil olub. Problemlərin Bakı vaxtı saat 19:00 radələrində başlandığı bildirilir. Bundan əlavə, sosial şəbəkədəki xəta ilə Böyük Britaniya, Almaniya və Fransada yaşayan istifadəçilər də üzləşib.