Bakıda yanlış yanğın həyəcanı

Bakıda yanlış yanğın həyəcanı

Binəqədi rayonunda yanğın həyəcanı yaşanıb. ONN media xəbər verir ki, metronun “Azadlıq prospekti” stansiyası yaxınlığındakı yüksəkmərtəbəli binada yanğın baş verməsi ilə bağlı FHN-ə müraciət daxil olub. Bu barədə nazirlikdən saytımıza verilən açıqlamada bildirilib ki, hadisə ilə bağlı qaynar xəttə müraciət edilib və əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb olunub. Lakin sonradan FHN-nin qaynar xəttinə edilən çağırışın yanlış olduğu, ərazidə heç bir yanğın hadisəsi olmadığı bəlli olub.

Geri qayıt