Zelenskidən Türkiyədəki tatarlara: Köməyinizə ehtiyacımız var

Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyədə yaşayan Krım tatarları ilə görüşüb. ONN media xəbər verir ki, Zelenski tatarlara Ukraynaya geri dönmək barədə çağırış edib. O qeyd edib ki, tatarlar vətənlərinin inkişafı üçün Ukranaya qayıtmalıdır: "Komandam qarşısına böyük hədəflər qoydu. İstəyirəm ki, bu yeni Ukraynanın qurulmasında fəal iştirak edəsiniz, köməyinizə ehtiyacımız var".(axar.az)