Sabiq nazirin qızı da həbs edildi

Sabiq nazirin qızı da həbs edildi


Pakistan Müsəlman Liqası Partiyasının rəhbəri, keçmiş Baş nazir Nəvaz Şərifin qızı Məryəm Nəvaz həbs edilib.

 ONN media xəbər verir ki, bu məlumatı partiyanın rəsmi nümayəndəsi Məryəm Auranqzeb yayıb.

“Məryəm Nəvaz həbs edilib. Korrupsiya ilə Mübarizə Milli Bürosu onu Lahorda saxlayıb. Bizə həbs səbəbləri açıqlanmayıb”, - o bildirib.

Qeyd edək ki, bundan öncə Nəvaz Şərif korrupsiyada ittiham olunaraq 7 il müddətinə həbsə məhkum edilib.(axar.az)


Geri qayıt