Hərbi baza raket hücumuna məruz qaldı - ÖLƏNLƏR VAR

Bu gün günorta saatlarında Suriyadakı silahlı qruplar Rusyanın Hmeymim hərbi bazasını növbəti dəfə raket atəşinə tutub. ONN media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Atılan 4 raketdən biri hərbi bazanın yaxınlığındakı məntəqələrdən birinə düşüb. Nəticədə 2 mülki şəxs ölüb, 4-ü yaralanıb. Rusiyalı hərbçilərin xəsarət almadığı bildirilib. Qeyd edək ki, avqustun 5-də də sözügedən baza raket hücumuna məruz qalmışdı.