Bayramda avtobusla rayona gedənlərin nəzərinə

Bakı Beynəlxalq Avtovağzal Kompleksi bayramda gücləndirilmiş iş rejimində işləyəcək. Qurumdan ONN media-ya daxil olan məlumata görə, bayramla əlaqədar sərnişin axınının çox olmasını nəzərə alaraq, xəttə digər avtobuslarla yanaşı iri tutumlu neoplanlar da cəlb olunub: “Sərnişinlərdən xahiş edirik ki, səfər etmək istədikləri istiqamətlərə bilet almaq üçün yola düşməyi planlaşdırdıqları saatda deyil, daha öncədən gəlib biletləri əldə etsinlər”.