Yasamalda 4 mərtəbəli villada YANĞIN

Bakı şəhərinin Yasamal rayonunda yanğın qeydə alınıb. ONN media Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ümumi sahəsi 1000 m² olan dördmərtəbəli evin 2-ci mərtəbəsində hamamın tavanı 8 m² sahədə və şaxtadan keçən elektrik kabelləri 40 p.m yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.