Azərbaycanda istirahət mərkəzində CİNAYƏT

Azərbaycanda istirahət mərkəzində CİNAYƏT

Qusar rayonu ərazisindəki istirahət mərkəzlərinin birindən oğurluq edən şəxs tutulub. ONN media xəbər verir ki, Qusar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 5-də rayon ərazisindəki istirahət mərkəzlərinin birindən 470 manat, 1 ədəd musiqi aləti (saz) və müvafiq sənədləri olan 1 ədəd “İJ-27” markalı ov tüfəngini oğurlamaqda şübhəli bilinən Kürdəmir rayon sakini X.İsmayılov saxlanılıb. Hadisədə iştirak etmiş daha bir nəfərin şəxsiyyəti müəyyən edilib. Araşdırmalar davam etdirilir.

Geri qayıt