Qusarda oteldə Bakı sakininə qarşı cinayət

Qusar şəhəri ərazisində yerləşən oteldə törədilmiş oğurluq cinayətinin üstü açılıb. ONN media xəbər verir ki, Qusar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 13-də şəhər ərazisində yerləşən otellərin birində Bakı şəhər sakini A.Məmmədovun 1300 manat və 100 ABŞ dollar pulunu oğurlamaqda şübhəli bilinən həmyerlisi F.Məmmədov saxlanılıb. Tutulan şəxsin ətrafında araşdırmalar aparılır.