İlham Əliyevdən Elçin Quliyevlə bağlı SƏRƏNCAM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Sərhəd Xidmətinin bir qrup hərbi qulluqçusunu təltif edib. Təltif olunanlar arasında DSX-nin rəhbəri general-leytenant Elçin Quliyev də var. Prezidentin imzaladığı sərəncama əsasən, E.Quliyev 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub.